10:59
406
Fransa Prezidenti Emmanuel Makron qışda Ukraynanın enerji infrastrukturuna zərbələrə moratorium tətbiq etməyi təklif edib.
O, Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü zamanı bunu təklif edib.
Makron Çin liderinin də bu təşəbbüsə qoşulacağına ümid etdiyini bildirib.
Makronun sözlərinə görə, kritik infrastruktura zərbələrə qoyulacaq moratorium qarşıdan gələn qış üçün “həlledici məqam” olmalıdır.
“Ümid edirəm ki, Çin bizim çağırışımıza və səylərimizə qoşularaq heç olmasa mümkün olan ən qısa zamanda kritik infrastruktura zərbələrə moratorium şəklində atəşkəsə nail olmağa kömək edəcək. Bu, qarşıdan gələn qış üçün həlledici məqamdır”, — Makron qeyd edib.