11:59
420
İran ABŞ-a uzaqmənzilli nüvə raketləri ilə zərbələr endirmək niyyətindədir.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ mediasına müsahibəsində deyib.
“İran bizi (İsrail) ABŞ-a uzaqmənzilli nüvə raketləri endirmək yolunda sadəcə bir pillə kimi görür. Ona görə də, biz döyüşərkən sadəcə İsraili qorumuruq, həm də azad dünyanı barbarlardan qoruyuruq”, - Netanyahu qeyd edib.
Baş nazir İsrailin Qəzzada müharibə cinayətləri törətməsi barədə iddiaları təkzib edib və İsrail ordusunun dünyada mülki insan tələfatını önləmək üçün ən çox çalışan ordu olduğunu bildirib.
Netanyahu həmçinin, Nyu-York meri Zöhran Mamdaninin onu həbs edəcəyi ilə bağlı təhdidinə də münasibət bildirib. Netanyahu merin təhdidlərdən qorxmadığını və Nyu-Yorka gedəcəyini vurğulayıb.