17:45
364
HAMAS-ın Şərqi Rafah batalyonunun komandiri Məhəmməd Cavad Məhəmməd əl-Bavab öldürülüb.
Bu barədə İsrail ordusu və daxili təhlükəsizlik qüvvələri birgə bəyanat yayıb.
Məlumata görə, batalyon komandiri və onun müavinləri yeraltı infrastrukturdan qaçarkən öldürülüblər.
İsrail ordusu əl-Bavabın 2023-cü il 7 oktyabr hadisələrində HAMAS-ın İsrailə qarşı hücumlarında iştirak etdiyini qeyd edib.
Bəyanatda indiyə qədər İsrail ordusunun Rafah bölgəsində yerləşən yeraltı infrastrukturlarda 40-dan çox HAMAS üzvünü məhv etdiyi bildirilib.