“Azərbaycan beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşa çevrilib”
27 Oktyabr 18:38
27 Oktyabr 18:38
27 Oktyabr 14:31
27 Oktyabr 14:27
5 Dekabr 2025 10:42
2 240
Çeçenistanın Qroznı şəhəri rayonunda hündürmərtəbəli binada partlayış baş verib. Nəticədə ən azı 5 mərtəbə zədələnib. Rəsmi qurumlar hadisə ilə bağlı məlumatı hələlik təsdiqləməyib.
Xalqcebhesi.az xəbər verir ki, "KP-North Caucasus"un məlumatına görə, ilkin məlumatlar partlayışın səhər saat 7 radələrində baş verdiyini göstərir. Zərbə dalğası Qroznı şəhəri rayonundakı binalardan birində pəncərələri və binanın konstruksiyasının bir hissəsini uçurub.
Partlayışdan sonra otaqların birində yanğın başlayıb. Hadisə yerində fövqəladə hallar xidməti işləyir. Binanın yaxınlığında ən azı dörd təcili yardım maşını yerləşdirilib. Həlak olanlar barədə hələlik məlumat yoxdur.
Cümə günü, dekabrın 5-nə keçən gecə Şimali Qafqazda pilotsuz uçuş aparatları ilə bağlı xəbərdarlıq edilib. Səhər saat 6:00-dan etibarən Qroznı, Vladiqafqaz, Mahaçqala və Maqas hava limanlarında gediş-gəlişlərə məhdudiyyətlər tətbiq olunub.
Məryəm Quliyeva
27 Oktyabr 22:54
588
27 Oktyabr 17:49
819
27 Oktyabr 15:58
847