ABŞ-da orta məktəbdə bıçaqlı hücum: Ölən və yaralananlar var Gündəm

ABŞ-da orta məktəbdə bıçaqlı hücum: Ölən və yaralananlar var

ABŞ-da orta məktəbdə bıçaqlı hücum nəticəsində bir şagird ölüb, digəri isə yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, şimali Karolina ştatının Uinston-Salem şəhərində North Forsyth Liseyində bıçaqlı hücum baş verib.

Hadisə nəticəsində bir tələbənin öldüyü, digərinin isə ağır yaralandığı bildirilib.

Polis bölgədə təhlükəsizlik tədbirlərinin artırıldığını və hadisə ilə bağlı araşdırma başlandığını açıqlayıb.

Məryəm Quliyeva