Moskva istiqamətinə uçan PUA məhv edilib Dünya

Moskva istiqamətinə uçan PUA məhv edilib

Moskva istiqamətində hərəkət edən pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin bildirib.

“Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Moskva istiqamətində uçan PUA məhv edilib. Qalıqların düşdüyü ərazidə fövqəladə hallar xidmətlərinin mütəxəssisləri işləyir”, – deyə o yazıb.