Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dekabrın 10-da ABŞ və Avropa fond bazarlarında qarışıq dinamika qeydə alınıb.

“APA-Economics” xəbər verir ki, ABŞ fond bazarlarında ticarət sessiyasında Dow Jones indeksi 0,38% azalaraq 47 560,29 bənd, S&P 500 indeksi 0,09% azalaraq 6 840,51 bənd, NYSE Composite indeksi 0,22% azalaraq 21 654,78 bənd təşkil edib. Nasdaq Composite indeksi 0,13% artaraq 23 576,49 bənd, S&P/TSX Composite (Kanada) indeksi isə 0,24% artaraq 31 244,37 bənd səviyyəsində formalaşıb.

Avropa fond bazarlarında da indekslər əsasən fərqli istiqamətlərdə dəyişib.

Euro Stoxx 50 indeksi 0,13% azalaraq 5 718,32 bənd, FTSE 100 indeksi 0,03% azalaraq 9 642,01 bənd, CAC 40 indeksi 0,69% azalaraq 8 052,51 bənd olub. DAX indeksi 0,49% artaraq 24 162,65 bənd, IBEX 35 indeksi isə 0,13% artaraq 16 734,50 bənd təşkil edib.

Analitiklər qeyd edirlər ki, bazarlar üzrə qarışıq dinamika investorların qlobal iqtisadi artım perspektivləri, faiz dərəcələri ilə bağlı gözləntilər və ayrı-ayrı sektorlar üzrə gəlir realizasiyası fonunda ehtiyatlı mövqe tutması ilə izah olunur.