ABŞ 2025-ci ilin yanvar ayından bəri 85.000 vizanın ləğv edib Dünya

ABŞ 2025-ci ilin yanvar ayından bəri 85.000 vizanın ləğv edib

ABŞ Dövlət Departamenti, Prezident Donald Trampın ölkəni yenidən təhlükəsiz etmək siyasətinə uyğun olaraq, 2025-ci ilin yanvar ayından bəri 85.000 vizanı ləğv etdiyini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin “X” hesabında məlumat verilib.

"Yanvar ayından bəri 85.000 viza ləğv edilib. Prezident Tramp və Dövlət Katibi Rubio bir sadə məqsədə sadiqdirlər və onlar tezliklə dayanmayacaqlar: ABŞ-ın yenidən təhlükəsiz etmək üçün çalışacaqlar", - məlumatda deyilir.

Qeyd edək ki, CNN ABŞ-ın müxtəlif kateqoriyalı 85.000 vizanı ləğv etdiyini açıqlamışdı ki, bu da ötən illə müqayisədə iki dəfə çoxdur.