Makron: Fransa Qrenlandiyaya quru, hava və dəniz qüvvələri göndərəcək
COVID-19-la mübarizə aparan həkimlərin maaşına əlavələrin verilmə müddəti uzadılıb
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçirib
Füzulidə 49 yaşlı kişi və 28 yaşlı qardaşı oğlu avtomobildə dəm qazından boğularaq ölüb
12 Dekabr 2025 14:44
1 764
Mümkündür ki, Donbasda nə Rusiya, nə də Ukrayna qoşunları olsun, yalnız “Rosqvardiya” (Rusiya Federasiyasının Milli Qvardiyası – red.) olacaq.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
"Orada nə Rusiya, nə də Ukrayna qoşunlarının olmayacağı tamamilə mümkündür. Bəli, amma “Rosqvardiya”, polisimiz, asayişi qorumaq və həyatı təşkil etmək üçün lazım olan hər şey olacaq", - deyə o bildirib.
Kreml rəsmisi Rusiyanın gec-tez bütün Donbası nəzarətə götürəcəyini də söyləyib.