21 Oktyabr 23:50
21 Oktyabr 23:18
08:33
574
ABŞ və İsrail hərbçiləri ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkilərindən sonra İrana zərbələrin bərpa olunması planlarını hazırlayıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "The New York Times" nəşri məlumat yayıb.
"İranın energetika infrastrukturu, nüvə obyektləri, habelə raket və dron arsenalı ehtimal olunan hədəflər olacaq", - deyə nəşr yazır.
Nəşrin məlumatına görə, söhbət "qısa, lakin intensiv əməliyyatdan" gedir; ABŞ və İsrail hərbçiləri zərbə manevrlərini məşq edərək təlimləri intensivləşdiriblər.
Bundan əlavə, qəzetin verdiyi məlumata görə, Pentaqon rəhbəri Pit Heqset bu həftə yeni zərbələri müzakirə etmək üçün İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşüb.
Bununla belə, nəşrin fikrincə, müharibənin potensial olaraq bərpa edilməsinin fevral-aprel aylarında baş tutmuş ABŞ-İsrail zərbələrinin birinci mərhələsindən daha uğurlu olacağına dair şübhə etməyə əsaslar var.
"Həmçinin cənab Trampın yeni zərbələri təsdiqləyəcəyi də heç də dəqiq deyil", - deyə "The New York Times" vurğulayır və xatırladır ki, Amerika lideri ciddi hərbi əməliyyatların bərpası planlarına dəfələrlə veto qoyub.
Məryəm Quliyeva