İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
25 Dekabr 2025 13:01
3 486
Ukrayna Silahlı Qüvvələrinin Dağıstandan gələn humanitar karvanı atəşə tutması nəticəsində sərhəd bölgələrində üç nəfər həlak olub.
Xalqcebhesi.az xəbər verir ki, respublika rəhbəri Sergey Melikovun sözlərinə görə, ölənlər arasında Dağıstanın Şamil rayonunun rəis müavini də olub.
“Sərhəd bölgələrindən ağır xəbər aldım: Dağıstandan gələn humanitar karvan düşmən atəşinə tutulub. Təəssüf ki, itkilər var - yükün göndərildiyi Şamilski rayonunun rəis müavini Maqomednabi Hacıyev və “Özünümüdafiə” ictimai təşkilatının iki nümayəndəsi Əli və Murad”, - deyə Dağıstan rəhbəri yazıb.
Humanitar yardımı iki yük maşını daşıyırdı. Melikov aydınlaşdırıb ki, yük maşınlarından biri təmir üçün dayanıb və bu da bəzi insanların həyatını xilas edib. Dronlardan istifadə edilərək daha bir "Qazelle" və bir minik avtomobili atəşə tutulub. Dağıstan rəhbəri əlavə edib ki, onu müşayiət edən digər şəxs, fəal Şamil yaralanıb və tibb müəssisəsinə aparılıb.
Hazırda hadisənin bütün halları araşdırılır.
Məryəm Quliyeva
25 Mart 18:25
1 386
25 Mart 15:09
1 344
25 Mart 13:50
1 953