Hörmüz boğazı yaxınlığında üç neft tankeri minaya düşüb Dünya

Hörmüz boğazı yaxınlığında üç neft tankeri minaya düşüb

Hörmüz boğazından şərqdə üç neft tankeri dəniz minasına düşərək partlayıb.

Xalqcebhesi.az -ın xəbərinə görə, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı məlumata istinadən IRIB telekanalı məlumat verib.

Qurumun məlumatına görə, qaydanı pozan üç gəmi noyabrın 18-i səhər saatlarında qadağan olunmuş zonada naviqasiya sistemləri söndürülmüş vəziyyətdə hərəkət edib. Naviqasiya sistemlərinin söndürülməsi gəmilərin yerini və marşrutunu gizlətməyə imkan verir.

SEPAH-dan əlavə edilib ki, minaya düşdükdən sonra tankerlərdə yanğın başlayıb: "Hörmüz boğazında istənilən gəmiçilik İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən elan edilmiş qaydalara riayət olunması ilə şərtlənir... Tələblərə əməl edilmədən keçid dəniz minası ilə toqquşma və yanğından başqa heç nəyə gətirib çıxarmayacaq".

Məryəm Quliyeva