Qubada avtomobil yeniyetməni vurub Hadisə

Qubada avtomobil yeniyetməni vurub

Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, piyada zolağından yolu keçmək istəyən 2010-cu il təvəllüdlü qızı avtomobil vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.