Üç nüvə dövlətinin liderlərindən gözləntilər
18 Noyabr 23:50
18 Noyabr 23:50
18 Noyabr 23:37
Çin rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq strukturları yaradacaq
Tramp ABŞ-nin Asiya-Sakit okean regionunda sülhə töhfə verməyə hazır olduğunu bildirib
Tramp nüvə arsenallarının ixtisarı halında ABŞ, Rusiya və Çində yoxlamaları istisna etmir
Tramp İranla münaqişənin həllində Rusiya və Çindən kömək istəməyəcək
Səudiyyə Ərəbistanının paytaxtında güclü partlayış baş verib
08:15
133
ABŞ Asiya-Sakit okean regionunda (ASR) sülhün qorunmasına töhfə verməyə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) forumu iqtisadiyyatları liderlərinin plenar iclasında bildirib.
"ABŞ yüz illər boyu Sakit okean dövləti olub və biz bütün regionda iqtisadi artıma və sabitliyə, suverenliyə, rifaha və sülhə töhfə vermək istiqamətində işimizi davam etdirəcəyik", – deyə o qeyd edib.
Qeyd edək ki, APEC-in 33-cü qeyri-rəsmi sammiti noyabrın 18–19-da Çinin Şençjen şəhərində keçirilir. Çinin sədrliyi ilə baş tutan sammitin prioritetləri xarici dünyaya açıqlıq, o cümlədən süni intellekt sahəsində innovasiyaların artırılması, həmçinin iqtisadiyyatlar arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişafı kimi müəyyən edilib. Sammit çərçivəsində Rusiya, Çin və ABŞ liderlərinin üçtərəfli görüşü də keçiriləcək.
Məryəm Quliyeva