İran zərbələri nəticəsində ABŞ-nin Küveytdəki bazasında 15 anqar zədələnib Dünya

İran zərbələri nəticəsində ABŞ-nin Küveytdəki bazasında 15 anqar zədələnib

Yazın əvvəlindən etibarən İranın zərbələri nəticəsində Küveytdə yerləşən ABŞ-nin "Əli əl-Salim" aviabazasının ərazisində təxminən 15 anqar zədələnib və ya dağıdılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə peyk məlumatlarına istinadən "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Məlumata görə, fevralın 28-də ABŞ və İsrailin hərbi əməliyyatlara başlamasından bu yana İran silahlı qüvvələri "Əli əl-Salim" bazasına azı 30 zərbə endirib. Anqarlarla yanaşı, anbarlara və azı 10 digər tikiliyə də ziyan dəyib.

Xatırladaq ki, noyabrın 18-də "Press TV" telekanalı İslam Respublikası ordusuna istinadən İranın Küveytdə amerikalı hərbçilərin yerləşdiyi ABŞ bazasını bombaladığını bildirmişdi. Əmirliyin silahlı qüvvələri isə hava hücumundan müdafiə sistemlərinin İranın pilotsuz uçuş aparatlarını ələ keçirdiyini bəyan etmişdi.

Məryəm Quliyeva