Sahibə Qafarova Türkmənistanda Valentina Matviyenko ilə görüşüb
Xəzərin sahilboyu ərazisi ilə bağlı əsasnamə təsdiq olunacaq, qanunvericiliyə dəyişikliklər ediləcək
Fars körfəzi ölkələri Hörmüz boğazına alternativ neft marşrutları axtarır
Hikmət Hacıyev: Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik
ABŞ İranın nüvə məsələsini müharibəsiz həll edə biləcəyini düşünür
11:49
259
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevməşhur fotoqraf Rza Deqatinin ona Azərbaycanın itkin düşmüş şəxsləri haqqında kitabını təqdim etdiyini bildirib.
Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib.
O qeyd edib ki, Rza Deqatinin obyektivindən onilliklərdir yaxınlarının yolunu gözləyən minlərlə ailənin ağrısı dünya ictimaiyyətinə çatdırılır.
Prezidentin köməkçisinin sözlərinə görə, hazırda 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Ərazilərimizin işğaldan azad edilməsindən sonra 32 kütləvi məzarlıq aşkarlanıb və insan qalıqlarının çıxarılması, şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Prezidentin köməkçisi Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözlədiklərini də vurğulayıb.
O, həmçinin 2020–2023-cü illərdə keçmiş təmas xətti boyunca basdırılmış minaların xəritələrinin təqdim edilməsinin vacibliyini qeyd edib. Bildirib ki, uzunluğu 440 kilometrdən, dərinliyi isə 2 kilometrdən çox olan ərazidəki minalar mülki şəxslərin ölümünə və yaralanmasına səbəb olmaqda, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına mane olmaqda davam edir.
Hikmət Hacıyev vurğulayıb ki, bu, ilk növbədə, humanitar məsələdir. Məlumatların paylaşılması etimad quruculuğu, keçid ədaləti və regionda davamlı sülhə töhfə baxımından mühüm addım olardı.
“Ailələr yaxınlarının taleyini bilməyə layiqdirlər”, – deyə o qeyd edib.