Nazir müavini: Ötən il 51 mindən çox vətəndaş kibertəhlükəsizliklə bağlı məlumatlandırılıb Hadisə

Nazir müavini: Ötən il 51 mindən çox vətəndaş kibertəhlükəsizliklə bağlı məlumatlandırılıb

Ötən il Azərbaycanda 800-dən çox maarifləndirmə tədbiri vasitəsilə 51 mindən çox vətəndaşa kibertəhlükəsizliklə bağlı məlumat verilib.

“APA-Economics” xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda bildirib.

Onun sözlərinə görə, tərəfdaş qurumlarla əməkdaşlıq çərçivəsində 4 milyondan çox vətəndaşa xəbərdarlıq bildirişləri göndərilib.

Bundan başqa, sosial mediada yayımlanan maarifləndirici paylaşımlar 2,2 milyondan çox baxış toplayıb:

“Kibertəhlükəsizlik üzrə maarifləndirmə, peşəkar kadr potensialının artırılması və cəmiyyətin rəqəmsal savadlılığının inkişafı ölkənin uzunmüddətli təhlükəsizlik strategiyasının ayrılmaz hissəsidir”.