Üç nüvə dövlətinin liderlərindən gözləntilər
18 Noyabr 23:50
18 Noyabr 23:50
18 Noyabr 23:37
08:24
322
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında ikitərəfli görüş başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri məlumat yayıb.
Danışıqlar Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində baş tutur. Bu, Putin və Trampın 2025-ci ilin avqustunda Ankoricdə keçirilən sammitdən sonra ilk əyani təmasıdır. Ümumilikdə isə onlar son 9 ildə (Trampın hər iki prezidentlik müddəti ərzində) səkkizinci dəfə görüşürlər.
Dünən Rusiya və ABŞ liderlərinin təntənəli qəbul zamanı qısa söhbət etmək imkanları olub. Onlar əl sıxıb və bir neçə kəlmə fikir mübadiləsi aparıblar. Hazırda isə dövlət başçıları nümayəndə heyətlərinin iştirakı ilə tamformatlı görüş keçirirlər.
Məryəm Quliyeva