10:26
329
Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüş "Tsilin Şançjuan" iqamətgahında başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində, Rusiya, Çin və ABŞ liderlərinin iştirakı ilə keçiriləcək üçtərəfli görüş ərəfəsində baş tutub.
Bu, ÇXR Sədri və ABŞ Prezidentinin 2026-cı ildə üçüncü şəxsi görüşüdür. May ayında Tramp Pekinə dövlət səfəri edib, sentyabrda isə Si Cinpin Vaşinqtona cavab səfərinə gedib.
Qeyd edək ki, APEC iqtisadiyyatları liderlərinin sammiti noyabrın 18–19-da Şençjendə keçirilir. Birliyə Asiya-Sakit okean regionunun 21 iqtisadiyyatı daxildir: Avstraliya, Bruney, Vyetnam, Honkonq, İndoneziya, Kanada, Çin, Koreya Respublikası, Malayziya, Meksika, Yeni Zelandiya, Papua-Yeni Qvineya, Peru, Rusiya, Sinqapur, ABŞ, Tailand, Tayvan, Filippin, Çili və Yaponiya.
Məryəm Quliyeva