Üç nüvə dövlətinin liderlərindən gözləntilər
18 Noyabr 23:50
18 Noyabr 23:50
18 Noyabr 23:37
09:32
266
Müharibədə Ukraynaya hərbi dəstək verən ölkələrin müdafiə nazirlikləri rəhbərlərinin növbəti iclası keçirildi. Orada bizə "Patriot" kompleksləri üçün əleyhinə raketlərin verilməsi kimi irəliləyişlər baş vermədi. Əvəzində bəzi maraqlı bəyanatlar səsləndi.
Əvvəlcə ABŞ müdafiə nazirinin müavini K.Kolbi Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli zərbələrini pislədi.
Xalqcebhesi.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının sabiq deputatı Artur Bilous deyib.
"Doğrudur, bizim "Ukrainskaya Pravda" tipli KİV-lər onun sözlərinin mənasını təhrif etdilər. Bunu elə təqdim etdilər ki, guya o, Ukrayna zərbələrinin Rusiya əhalisinə ağrı-acı gətirməsindən narahat olub.
Əslində isə o, bunu Kiyevin özünü doğrultmayan hesabı kimi qeyd edib. Çünki Rusiya Federasiyasının sakinləri üsyan qaldırmadılar, əksinə — V. Putinin ətrafında sıx birləşərək, Ukraynaya zərbələri gücləndirmək yolu ilə onları müdafiə etməyi tələb etdilər.
Bəs amerikalı nədə haqsızdır? Məgər Dumaya seçkilər onun sözlərinin doğruluğunu sübut etmədi? O, haqlı olaraq qeyd etdi ki, cəbhə xətti boyunca hava zərbələri endirmək daha yaxşıdır. Bu, cəbhə xəttini saxlamaq və ya öz ərazisini azad etmək üçün hücuma keçmək məqsədilə edilməlidir.
Bu, mənim hər zaman yazdığım və Ukraynada düşünən insanların diqqət yetirdiyi məqamdır. Vasitələri səpələməmək, onları rəqibin məhvetmə vasitələrini vurmağa cəmləmək daha yaxşıdır. Hansı ki, onlar məhz cəbhə xəttinin yaxınlığında yerləşir.
Ukraynaya çoxdan vəd edilmiş alman "Taurus" raketləri haradadır? Madam ki, bizim müharibəni davam etdirməyimizi bu qədər çox istəyirsiniz. Və nə üçün Almaniyanın aparıcı rol oynadığı Avropa İttifaqı natamam bir il ərzində Rusiya Federasiyasından təkcə mayeləşdirilmiş qazdan 12 milyard avro dəyərində 8 milyon ton alıb?"
Cavid