10:21
301.jpg)
Avropa Komissiyası əməkdaşların şəxsi məlumatlarını potensial təhlükə altında qoyan və onların maaş və məzuniyyətlərlə bağlı məlumatları sistemə daxil etməsinə mane olan irimiqyaslı kiberhücuma məruz qalıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.
"Avropa Komissiyası hücumun böyük hissəsini lokallaşdıra bildiyini hesab edir, lakin dəyən zərərin tam miqyası hələ də aydın deyil. Sistemlər tezliklə yenidən işə düşə bilər. Cavablar hələlik gecikmə ilə gəlir", – deyə nəşr Avropa İttifaqı nümayəndəsinin sözlərini sitat gətirib.
"Politico"nun həmsöhbətlərinin sözlərinə görə, müstəntiqlər əməkdaşların məlumatlarının ələ keçirilib-keçirilmədiyini hələ də müəyyənləşdirməyə çalışırlar. Sistemdəki nasazlıq 10 gündən çoxdur ki, davam edir.
Məryəm Quliyeva