29 Oktyabr 13:39
29 Oktyabr 13:22
29 Oktyabr 11:45
08:32
490
Şimali Koreya lideri Kim Çen In pilotsuz silahların əsas texnologiyalarının inkişafını, eləcə də süni intellektin bu cür sistemlərə tətbiqini kəskin şəkildə sürətləndirməyə çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
Şimali Koreya rəhbəri müvafiq bəyanatla "Pilotsuz aviasiya texnikasının inkişafı – 2026" sərgisinə baş çəkməsi çərçivəsində çıxış edib.
Kim Çen Inın sözlərinə görə, pilotsuz silahlar müasir münaqişələrin aparılmasında aparıcı vasitəyə çevrilir və onların tətbiq sahəsi genişlənir. O, müasir müharibə prinsiplərinin dəyişdiyi bir şəraitdə pilotsuz uçuş aparatları sahəsində mütləq üstünlüyün əldə olunmasını zəruri seçim adlandırıb.
Buna qədər Kim Çen In Koreya Xalq Ordusunun komandirləri ilə görüşdə ordu bölmələrinin döyüş hazırlığının başa çatdırılmasına çağırıb. O, həmçinin bəyan edib ki, komandirlər "möhkəm inqilabi əqidə və vətənpərvərliklə dolu", hər bir döyüşçünün "yüz nəfərə dəyəcəyi" dəstələr yaratmalıdırlar.
Məryəm Quliyeva