6 Yanvar 11:22
1 015
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri yaradıldığı vaxtdan etibarən 7 ay ərzində Rusiyanın təxmini dəyəri 20 milyard dollar olan 168 mindən çox hədəfini məhv edib.
APA xəbər verir ki, bu barədə Pilotsuz Sistem Qüvvələrinin “Facebook” səhifəsində məlumat yayılıb.
Məlumata görə, göstərilən müddət ərzində dron zərbələrinin sayı 832 mindən çox olub.
Məhv edilən hədəflər arasında 532 tank, təxminən 2500 top və haubitsa, 7700-ə yaxın avtomobil texnikası və 5500-dən çox motosiklet var. Həmçinin dron operatorları Rusiya ordusunun 50 mindən çox canlı qüvvəsini zərərsizləşdiriblər.
Əlavə edilib ki, Rusiyanın birbaşa öz ərazisində 350-dən çox hədəf vurulub.