11:09
1 008
Avropa liderləri Dünya İqtisadi Forumu (WEF) çərçivəsində danışıqlar zamanı ABŞ-ın Qrenlandiyanı almasına etiraz etməyəcəklər.
Xalqcebhesi.az xəbər verir ki, Amerika Prezidenti Donald Tramp Florida ştatında jurnalistlərlə söhbətində buna əmin olduğunu bildirib.
Dövlət başçısından Avropa liderlərinin onun Qrenlandiya ilə bağlı planına qarşı çıxacağını düşünüb-düşünmədiyi soruşulub. "Düşünmürəm ki, onlar çox etiraz edəcəklər. Baxın, bizə Qrenlandiya lazımdır. Onlar bunu etməlidirlər. Onlar Qrenlandiyanın Danimarkada müdafiəsini təmin edə bilməzlər", - deyə dövlət başçısı qeyd edib. O, əlavə edib ki, Qrenlandiya ətrafındakı vəziyyəti WEF çərçivəsində müzakirə etmək niyyətindədir.
Məryəm Quliyeva