Peskov: Yeni üçtərəfli danışıqlar tezliklə keçiriləcək Dünya

Peskov: Yeni üçtərəfli danışıqlar tezliklə keçiriləcək

Üçtərəfli danışıqların yeni raundu yaxın vaxtlarda baş tutacaq, lakin onun keçirilməsi ilə bağlı dəqiq tarixlər hələlik müəyyən edilməyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Görüş tezliklə olacaq, lakin hələlik tarixlərlə bağlı heç bir müəyyənlik yoxdur", – deyə o bildirib.

Xatırladaq ki, noyabrın 16-da Avropa İttifaqının Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə növbəti və ya sonrakı sammitlərdən birini Avropa ərazisində - İsveçrənin Cenevrə şəhərində, Norveçdə və ya Türkiyənin Avropa hissəsində keçirməyi təklif etdiyi barədə məlumat yayılmışdı.

Məryəm Quliyeva