21 Noyabr 13:45
20 Noyabr 17:01
20 Noyabr 15:39
08:26
259
İran ötən həftə ərzində bütün keçən il boyunca olduğundan daha çox raket və pilotsuz uçuş aparatı (PUA) buraxıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.
Amerika liderinin sözlərinə görə, İranın bütün mərmiləri vurulub. Bununla yanaşı, Ağ Ev rəhbəri hesab edir ki, hücumların intensivləşməsi ABŞ-də keçirilən aralıq seçkilərində demokratların qələbəsi ilə bağlıdır.
"İran liderləri demokratları zəif, səmərəsiz və ölkəni dağıdan qüvvə hesab edirlər, lakin mən buna yol verməyəcəyəm", – deyə prezident yazıb.
Bir gün əvvəl Tramp ölkələr sülh barədə razılığa gələ bilməyəcəyi təqdirdə Yeni ildən sonra İrana zərbələri bərpa edəcəyi ilə hədələmişdi. Vaşinqton və Tehran vasitəçilər üzərindən danışıqları davam etdirirlər, lakin hələlik razılaşma yoxdur.
Məryəm Quliyeva