Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşüb
22 Oktyabr 17:12
22 Oktyabr 17:12
22 Oktyabr 13:34
22 Oktyabr 13:03
6 Fevral 10:37
4 186
ABŞ hakimiyyəti hələ İrana qarşı mümkün hərbi əməliyyatın hansı məqsədləri güdəcəyini müəyyən etməyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "NBC News" telekanalına amerikalı rəsmilər məlumat verib.
İki Vaşinqton administrasiyası nümayəndəsinin sözlərinə görə, ölkə Prezidenti Donald Tramp hələ ABŞ hərbçilərinin İranda nəyə nail olmalı olduğuna dair dəqiq göstəriş verməyib. Həmçinin, amerikalı rəsmilər qeyd ediblər ki, Tramp hər hansı hərbi əməliyyatın konkret məqsədlərini hələ müəyyən etməyib. Ümumilikdə, ABŞ administrasiyası daxilində İrana müdaxilə nəticəsində Vaşinqtonun hansı rol oynayacağı barədə konsensus yoxdur.
Gözlənilir ki, ABŞ və İran cümə günü Omanda Tehran nüvə proqramı ilə bağlı danışıqlar aparacaq. İran nümayəndəliyinə XİN rəhbəri Abbas Əraqçi, amerikalılara isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edəcək.
Məryəm Quliyeva
22 Oktyabr 17:12
1 197
22 Oktyabr 13:57
1 456
22 Oktyabr 13:34
1 372