İsrail Hərbi Hava Qüvvələrinin komandanı İrana qarşı əməliyyatlarda iştirak edib
Tramp: Üç gündə İran Hərbi Dəniz Qüvvələrinin 42 gəmisini məhv etdik
Liviya Prezident Şurasının Sədri Azərbaycan liderinə zəng edib, İranın hücumunu qınayıb
Britaniya Yaxın Şərqə təyyarədaşıyan gəmi göndərməyə hazırlaşır
10 Fevral 10:50
1 316
Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz ilə yeni nəsil Avropa qırıcı təyyarəsi yaratmaq üçün Gələcək Döyüş Hava Sistemi (FCAS) layihəsinin gələcəyini müzakirə etməyi planlaşdırdığını açıqladı. Layihənin ləğvi ilə bağlı şayiələr əsnasında.
Xalqcebhesi.az xəbər verir ki, Fransa lideri "Le Monde" qəzetinə verdiyi müsahibədə layihənin dayandırılması ilə bağlı məlumatları təkzib edib.
"Xeyr. Bu, yaxşı bir layihədir və almanlardan bunun əksini göstərən bir kəlmə də eşitməmişəm. Bunu yenidən Fridrix Merzlə müzakirə edəcəyik. Mən öz tərəfimdən inanıram ki, hər şey irəliləməlidir", - Makron deyib.
Məryəm Quliyeva