Hikmət Hacıyev: Tramp Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini bir daha vurğuladı Dünya

Hikmət Hacıyev: Tramp Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini bir daha vurğuladı

Sülh sözünün böyük hərflərlə yazıldığı fonda Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri əl sıxışıblar. İlk baxışda təsadüf kimi görünən bu detal əslində dərin simvolik məna daşıyır. Bu görüntü regionda davamlı sülhün təşviqi və iki ölkə arasında normallaşma prosesinə verilən siyasi iradənin nümayişidir.

APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında bildirib.

Hikmət Hacıyev xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təsisçi üzv kimi “Sülh Şurası”nın ilk iclasında iştirak edir: "Bu iştirak Azərbaycanın postmünaqişə dövründə irəli sürdüyü sülh gündəliyinə sadiqliyinin növbəti təsdiqidir. “Sülh Şurası”nın qurucu sədri kimi çıxış edən Prezident Donald Tramp Azərbaycan–Ermənistan sülh gündəliyinin əhəmiyyətini bir daha vurğulayıb və regionda uzunmüddətli sabitliyin təmin olunması üçün dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib”.