Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib
Bakıda sosial şəbəkələrdə narkotik vasitələr satan şəxslər saxlanılıblar - VİDEO
Azərbaycan-Ermənistan sülh gündəliyini pozmaq cəhdləri: İsveçrə neytrallığını itirir - TƏHLİL
Ucarda zəncirvari yol qəzası olub, 6 nəfər xəsarət alıb - FOTO
13:36
1 099
İsrail ABŞ ilə birlikdə İrana qarşı hərbi əməliyyata hazırlıq aparır, əməliyyatın məqsədləri ballistik raket bazaları, nüvə obyektləri və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit birləşmələri) qərargahını əhatə edə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti İsrail hərbçilərinə istinadla məlumat verib.
Onların sözlərinə görə, ABŞ və İsrail “sərt zərbə” endirməyi planlaşdırır, məqsəd isə “İranı nüvə məsələsi üzrə danışıqlar masasına oturmağa məcbur etmək”dir, buna qədər Tehran isə iddiaya görə razı olmayıb.
Qəzetin iddiasına görə, ABŞ-ın Yaxın Şərqdəki qüvvələri İrana geniş spektrdə zərbə endirməyə imkan verir, bunlara qısa və orta mənzilli raket bazaları, silah anbarları, nüvə obyektləri və digər hərbi məqsədlər, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahı daxildir.
Əməliyyatın hədəflərinin son seçimi isə qəzetin amerikalı mənbələrinin bildirdiyinə görə, ABŞ Prezidenti Donald Tramp-a aiddir.
Məryəm Quliyeva