“Əsas məqsədlər terrorizmdən azad Türkiyə və demokratiyanın gücləndirilməsidir” Gündəm

“Əsas məqsədlər terrorizmdən azad Türkiyə və demokratiyanın gücləndirilməsidir”

“Təxminən 60 səhifəlik hesabat parlamentin qanunlar qəbul etməsi üçün yol xəritəsi təklif edir. Çərşənbə günü Türkiyə Parlament Komissiyası onilliklər boyunca davam edən münaqişəyə son qoymaq üçün nəzərdə tutulan sülh prosesini irəli sürən militant Kürdüstan İşçi Partiyasının tərkisilah edilməsi ilə yanaşı hüquqi islahatları nəzərdə tutan hesabatı təsdiq eləmək üçün səs çoxluğu ilə səs verdi. 40 mindən çox insanın ölümünə səbəb olan, ölkə daxilində dərin nifaq salan və sərhədlərdən zorakılıq saçan münaqişəyə Türkiyə Prezidentin Rəcəb Tayyib Ərdoğan son qoymağa çalışır”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

Ş.Həsənova qeyd edib ki, Türkiyə, ABŞ və Avropa Birliyi tərəfindən terror təşkilatı kimi tanınan PKK hücumları dayandırdı və tərksilah edəcəyini və dağılacağını bildirdi, Ankaranı üzvlərinin siyasətdə iştirakına icazə vermək üçün addımlar atmağa çağırdı: “Təxminən 60 səhifəlik hesabat məhkəmə orqanlarını qanunvericiliyi nəzərdən keçirməyə və Avropa İnsan Hüquqları Məhkəməsi və Konstitusiya Məhkəməsinin qərarlarına əməl etməyə çağıran şərti-hüquqi çərçivə də daxil olmaqla parlamentin qanunlar qəbul etməsi üçün yol xəritəsi təklif edir”.

Politoloq deyib ki, PKK Lideri Abdullah Öcalanla bir neçə görüş keçirən Kürtpərəst Demokrat Partiyası hesabatda kürd məsələsinin terrorizm problemi kimi təqdim edilməsinə etiraz etsə də, ümumilikdə hesabatı alqışladı və sürətli tətbiqə səslədi: “Gülüstan Kılıç Koç Yiğit Reuters Agentliyinə müsahibə verərək bildirdi ki, “Biz inanırıq ki, hüquqi qaydalar tez bir zamanda qəbul ediləcək”. Ərdoğan qanunvericilik prosesinin dərhal başlayacağına və sürətlə irəliləyəcəyinə işarə etdi. O bildirdi ki, “Parlamentimizdə prosesin hüquqi aspektləri ilə bağlı müzakirələr başlayacaq”. Hesabat artıq 50 nəfərdən 47-si tərəfindən təsdiqlənib. Əsas məqsədlər terrorizmdən azad Türkiyə və demokratiyanın gücləndirilməsidir”.

Onun bildirdiyinə görə, siyasi partiyalar arasında islahatların və tərksilahın qarşılıqlı və paralel şəkildə irəliləməsi barədə razılığa istinad edilir: “Hesabatda deyilir ki, qanun silah və zorakılığı rədd edən şəxslərin cəmiyyətə yenidən inteqrasiyasını hədəfləməlidir. Hüquqi tənzimləmələr cəmiyyətdə cəzasızlıq və əfv hissi yaratmamalıdır”.

Röya İsrafilova