Tramp Prezident İlham Əliyev haqqında müsbət fikirlər səsləndirib - VİDEO
ABŞ-ın Vitse-prezidenti Azərbaycan və Ermənistan liderlərinə təşəkkür edib
“Əsas məqsədlər terrorizmdən azad Türkiyə və demokratiyanın gücləndirilməsidir”
Hikmət Hacıyev: Tramp Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini bir daha vurğuladı
18:56
665
“Azərbaycan iqtisadi diversifikasiyaya düzgün fokuslanıb”.
“APA-Economics” xəbər verir ki, bunu IMF-in məsləhətçisi və Azərbaycana IV Maddə üzrə Missiya rəhbəri Anna Bordon deyib.
O bildirib ki, Azərbaycanda 2025-ci ildə iqtisadi artım 2024-cü ildəki yüksək səviyyədən sonra 1,4%-ə qədər yavaşlayıb: "Bu baxımdan karbohidrogen ehtiyatlarının azalması fonunda davamlı fiskal konsolidasiya və özəl sektorun neft-qaz istehsalından kənar diversifikasiyası əsas siyasət prioritetləri olaraq qalır. Fiskal konsolidasiya kursunun qorunması, monetar siyasət çərçivəsinin gücləndirilməsi istiqamətində səylərin davam etdirilməsi və Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (FSAP) tövsiyələrinin tam icrası orta müddətli daxili və xarici sabitliyi möhkəmləndirəcək. Azərbaycan iqtisadi diversifikasiyaya düzgün fokuslanıb. Bu səylər qeyri-formal məşğulluğun azaldılması, əmək məhsuldarlığının artırılması, maliyyə bazarlarının dərinləşdirilməsi, dövlət müəssisələrinin səmərəliliyinin yüksəldilməsi və dövlətin iqtisadiyyatda rolunun azaldılması ilə daha da güclənə bilər”.
19:53
483
19:52
525
19:34
721