Aİ Rusiyaya qarşı sanksiyaları daha bir il uzatdı Gündəm

Aİ Rusiyaya qarşı sanksiyaları daha bir il uzatdı

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları 24 fevral 2027-ci ilə qədər uzadıb.

Xalqcebhesi.az xəbər verir ki, sənəd Aİ-nin rəsmi saytında dərc olunub.

Sənəddə qeyd olunur ki, 2022/266 saylı qərarın (Ümumi Xarici və Təhlükəsizlik Siyasəti — (ÜXS)) 10-cu maddəsində “24 fevral 2026-cı il” tarixi “24 fevral 2027-ci il” ilə əvəz edilib.

Məryəm Quliyeva