Son 5 ildə Azərbaycanda 118 mindən çox ev tikilib istifadəyə verilib İqtisadiyyat

Son 5 ildə Azərbaycanda 118 mindən çox ev tikilib istifadəyə verilib

2021-2025-ci illərdə Azərbaycanda olan 118 048 ədəd yaşayış evi tikilib istifadəyə verilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, son 5 ildə tikilib istifadəyə verilən evlərin ümumi sahəsi ümumi sahəsi 14 milyon 138 min 210 kvadrat metr təşkil edib.

Hesabat dövründə tikilib istifadəyə verilmiş fərdi yaşayış və bağ evlərinin ümumi sayı 69 312 ədəd, bina evlərinin sayı isə 48 736 ədəd təşkil edib.

Məlumat üçün bildirək ki, son 5 ildə Azərbaycanda, ümumilikdə, 52 138 yerlik 82 ümumi təhsil müəssisəsi tikilərək istifadəyə verilib.