15:38
651
Ukrayna Müdafiə Nazirliyi səfərbərlik üzrə kompleks islahatlara başlayır.
Bu barədə Ukraynanın müdafiə naziri Mixaylo Fedorov məlumat verib.
“Hazırda hərtərəfli səfərbərlik islahatı üzərində işləyirik", — deyə o, özünün Telegram kanalında yazıb, lakin təfərrüatları açıqlamayıb.
Fedorovun sözlərinə görə, məqsəd illərlə yığılıb qalan problemləri həll etmək və eyni zamanda ölkənin müdafiə qabiliyyətini qorumaq üçün sistemli həllər təklif etməkdir.
Məryəm Quliyeva