ABŞ səfirliyinin yarım milyonluq dələduzluqda ittiham edilən sabiq əməkdaşına hökm oxunub
Qaradağ İcra Hakimiyyətinin sabiq vəzifəli şəxslərinin həbs müddəti uzadılıb
Ötən ay Azərbaycanda 1 mlrd. ədəddən çox siqaret istehsal edilib
Bakıda TDT-yə üzv dövlətlərin hökumət başçılarının iclası keçiriləcək
16:51
784
“ABŞ-nin İrana zərbə endirmək imkanını araşdırması ilə bağlı yayılan məlumatlar geosiyasi baxımdan ciddi siqnaldır, lakin bu mərhələdə məsələ qərar yox, ehtimal səviyyəsində qiymətləndirilir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ administrasiyası İranla bağlı artan gərginlik fonunda hərbi variantı masada saxlayır. Bu, Vaşinqtonun klassik təzyiq strategiyasının tərkib hissəsidir: diplomatik danışıqlar paralelində hərbi güc nümayişi. Lakin “imkanın araşdırılması” avtomatik olaraq əməliyyat qərarı demək deyil”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu söyləyib.
Ekspert, eyni zamanda, prosesdə bir neçə faktorun da ciddi əhəmiyyət daşıdığını vurğulayıb: “Birincisi, ABŞ-nin bölgədəki hərbi mövcudluğu və Pentaqon tərəfindən alternativ ssenarilərin işlənməsi texniki baxımdan zərbənin mümkün olduğunu göstərir. ABŞ ordusu belə əməliyyatları planlaşdırma baxımından qısa müddətdə icra edə biləcək imkanlara malikdir. İkincisi, son qərar yalnız prezident səviyyəsində verilir. Əgər hazırkı administrasiyanın rəhbəri kimi Donald Tramp hərbi əməliyyata siyasi təsdiq verməsə, planlar kağız üzərində qalır. ABŞ-də belə qərarlar daxili siyasi balans, Konqres reaksiyası və seçki faktorları ilə də ölçülür”.
V.Zifəroğlu qeyd edib ki, üçüncüsü, İranla dolayı və ya birbaşa təmasların davam etməsi (xüsusilə Jeneva platformasında aparılan danışıqlar fonunda) hərbi eskalasiyanın hələ alternativsiz olmadığını göstərir: “Diplomatik kanal tam bağlanmayıbsa, Vaşinqton adətən hərbi variantı son mərhələyə saxlayır. Dördüncüsü, İran ABŞ zərbəsinə simvolik yox, cavab xarakterli reaksiya verə bilər. Bu isə yalnız iki ölkə arasında məhdud əməliyyatla bitməyərək regional genişlənmə riskini artırar – Hörmüz boğazı, İsrail faktoru, Körfəz ölkələri və enerji bazarları dərhal təsir altına düşər”.
Röya İsrafilova