Britaniya Rusiyaya sanksiyalar çərçivəsində “İmedi” və “PosTv"ni “qara siyahı”ya salıb Dünya

Britaniya Rusiyaya sanksiyalar çərçivəsində “İmedi” və “PosTv"ni “qara siyahı”ya salıb

Britaniya Rusiyaya qarşı sanksiyalar çərçivəsində Gürcüstanın iki telekompaniyası – “İmedi” və “PosTv"ni “qara siyahı”ya salıb.

APA xəbər verir ki, London onları “Rusiyanın dezinformasiyasında” iştirak etməkdə ittiham edir.

Qeyd edək ki, Britaniya hökuməti bu gün Ukraynaya qarşı müharibənin dördüncü ildönümündə Rusiyaya qarşı sanksiyaları genişləndirib.