“Bloomberg”: Tramp iyulun 4-dək Ukraynada müharibəni bitirmək istəyir Dünya

“Bloomberg”: Tramp iyulun 4-dək Ukraynada müharibəni bitirmək istəyir

ABŞ Prezidenti Donald Tramp iyulun 4-dək Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək istəyir.

Bu barədə “Bloomberg“ məlumat yayıb.

Nəşr yazır ki, plan sövdələşməni ABŞ-ın müstəqilliyinin 250 illik yubileyinin genişmiqyaslı qeyd edilməsinə qədər başa çatdırmaqdır.

Lakin yüksək rütbəli Avropa rəsmilərinin fikrincə, Putinin əsas tələblərini yerinə yetirmədən razılaşmağa hazır olduğuna dair heç bir əlamət yoxdur.