İsrail Livanın cənubunda “Hizbullah” hədəflərinə zərbələr endirir Dünya

İsrail Livanın cənubunda “Hizbullah” hədəflərinə zərbələr endirir

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda “Hizbullah” hədəflərinə zərbələr endirməyə başlayıb.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Livanın cənubunda yerləşən Tir şəhəri ətrafından mülki əhali təxliyə edildikdən sonra və İsrail ərazisinin raket atəşinə tutulmasına cavab olaraq, “Hizbullah”ın hədəflərinə zərbələr endirilməyə başlanılıb”, – deyə açıqlamada qeyd olunur.