16:49
630
Aqrar sahədə dayanıqlı və formal məşğulluğun genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, bunu bu gün Cəlilabadda keçirilən Aqrar Biznes Festivalında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
O qeyd edib ki, kənd təsərrüfatında çalışanlarla sadələşdirilmiş əmək müqavilələrinin rəsmiləşdirilməsi üzrə aidiyyəti dövlət qurumları ilə müzakirələr davam edir.
“Fürsətdən istifadə edərək, bugünkü tədbirdə iştirak edən işəgötürənlərə müraciət edərək, mövcud vakansiyalar haqqında Əmək və Məşğulluq altsistemi üzərindən Vakansiya Bankına məlumatların təqdim edilməsini və məşğulluq məsələlərinin həllinə dəstək verməyə dəvət edirəm”, - deyə nazir diqqətə çatdırıb.