Avropada təbii qazın qiyməti 615 dolları ötüb İqtisadiyyat

Avropada təbii qazın qiyməti 615 dolları ötüb

Ötən gün hərracların bağlanışında Avropada qazın 1000 kubmetrinin qiyməti 615 ABŞ dollarını ötüb.

“APA-Economics” xəbər verir ki, 17 mart tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə aprel fyuçerslərinin qiyməti 616,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (603,5 dollar) ilə müqayisədə 2,1% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.