16:12
1 183
Polşa ABŞ-ın əməliyyatında iştirak etmək üçün İrana hərbçi göndərməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Nazirlər Kabinetinin iclasından əvvəl məlumat verib.
"Polşa öz qoşunlarını İrana göndərməyəcək. Bu münaqişə birbaşa bizim təhlükəsizliyimizə aid deyil", — deyə Tusk bildirib. Baş nazirin çıxışı onun dəftərxanasının sosial şəbəkə hesablarında canlı yayımlanıb.
Siyasətçi əlavə edib: "Polşanın NATO-da başqa tapşırıqları var. Bu həm quru və hərbi hava, həm də hələ qurulma mərhələsində olan hərbi dəniz qüvvələrinə aiddir. Dənizdə sahib olduğumuz imkanlar Baltik dənizinin təhlükəsizliyini təmin etməyə xidmət etməlidir — müttəfiqlərimiz bunu anlayışla qarşılayır".
Məryəm Quliyeva