“Neft gəlirləri artsa da, manat sabit qalacaq” Gündəm

“Neft gəlirləri artsa da, manat sabit qalacaq”

“Neft gəlirlərinin artmasına baxmayaraq, bu amil manatın məzənnəsinin möhkəmlənməsinə səbəb olmayacaq”.

İqtisadçı ekspert Rəşad Həsənov “Xalqcebhesi.az”a açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda məzənnə bazar mexanizmləri ilə deyil, inzibati tənzimləmə vasitəsilə formalaşdırılır və hökumət uzun illərdir sabit məzənnə siyasətini həyata keçirir:
“Dolların manata nisbətdə ucuzlaşmasına imkan verilmir və bu siyasət davam etdirilir”.

Ekspert vurğulayıb ki, Hörmüz boğazı ətrafında gərginlik, müharibə riskləri və enerji bazarındakı qeyri-müəyyənlik qiymətləri yüksəltsə də, bu yalnız manatın daha uzun müddət sabit saxlanmasına əlavə imkan yarada bilər. Strateji valyuta ehtiyatlarının böyük hissəsi Dövlət Neft Fondunda cəmləşib və bu vəsaitlərin xarici aktivlərdə yerləşdirilməsi qlobal iqtisadi proseslərdən asılıdır. Qlobal resessiya halında aktivlərin dəyərinin azalması ehtiyatlara təzyiq göstərə bilər. Mövcud şəraitdə əsas nəticə manatın möhkəmlənməsi deyil, onun sabitliyinin qorunmasıdır.

Günel Elxan