Səfir Ruzbehani: "ABŞ-a güvənmirik, hər addımı yoxlayacağıq" Gündəm

Səfir Ruzbehani: "ABŞ-a güvənmirik, hər addımı yoxlayacağıq"

Müəyyən edilmiş iki həftəlik atəşkəs müddəti ABŞ-ın səmimiyyətini yoxlamaq üçün bir imkandır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın Türkmənistandakı səfiri Əli Müctəba Ruzbehani bildirib.

"İran İslam Respublikasının diplomatik aparatı 'Ləyaqət, Hikmət və Məqsədəuyğunluq' strategiyasını rəhbər tutaraq dialoq qapılarını açıq qoyur, lakin bir şərtlə: qarşı tərəf özünün əvvəlki irrasional kursundan imtina etməlidir. İki həftəlik atəşkəs müddəti amerikalıların səmimiyyətini sınaqdan keçirmək üçün bir fürsətdir. Vaşinqtonun razılaşmaları dəfələrlə pozması ilə bağlı acı təcrübəyə malik olan İran bu dəfə danışıqlar meydanına 'etimada' deyil, 'sahədəki ciddi yoxlamalara' əsaslanaraq daxil olur", — deyə səfirliyin mətbuat xidməti diplomatın sözlərini sitat gətirib.

Məryəm Quliyeva