Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
16 Aprel 12:51
2 240
“Sərhədsiz Reportyorlar” təşkilatı Elon Maskın Fransada məhkəməyə çağırılması ərəfəsində X sosial şəbəkəsi əleyhinə yeni şikayət təqdim edib.
AZƏRTAC xəbər verir ki, şikayət Paris Prokurorluğunun Kibercinayətlər şöbəsinə ünvanlanıb və platformanın yanlış məlumatların yayılmasına qarşı effektiv tədbir görməməsinin səbəblərinin araşdırılması tələb olunub.
Təşkilat iddia edib ki, X platforması təkrarlanan qayda pozuntularına və qanunsuz məzmunla bağlı xəbərdarlıqlara reaksiya vermir.
Qeyd edək ki, məhkəmə prosesi çərçivəsində artıq X-in Fransadakı ofislərində axtarış aparılıb. Elon Mask aprelin 20-də Fransada məhkəmədə ifadə verəcək.
Bu iş Avropada rəqəmsal platformaların tənzimlənməsi və dezinformasiyaya qarşı qanunvericiliyin tətbiqi kontekstində həyata keçirilir.
15 May 20:36
1 155
15 May 18:38
1 274
15 May 17:19
1 407