ABŞ Fransanı Aİ-nin İrana təzyiqini gücləndirməyə çağırıb Dünya

ABŞ Fransanı Aİ-nin İrana təzyiqini gücləndirməyə çağırıb

ABŞ-ın Maliyyə naziri Skott Bessent Fransanı bütün Avropa Birliyini İrana qarşı kollektiv iqtisadi təzyiqi gücləndirməyə sövq etməyə çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Bessentin Fransanın iqtisadiyyat və maliyyə naziri Rolan Leskür ilə görüşünün yekunlarına dair ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

"Nazir Bessent Fransanı İrandan gələn təhlükəni dayandırmaq məqsədilə Aİ-nin ona təzyiq göstərmək səylərinə rəhbərlik etməyə çağırıb", — deyə nazirlikdən bildirilib.

Həmçinin Bessent BƏƏ-nin Maliyyə naziri Məhəmməd bin Hadi əl-Hüseyni ilə də görüş keçirib. Tərəflər İrana qarşı "maksimum təzyiq" göstərməyə davam etmək barədə razılığa gəliblər.

Məryəm Quliyeva