17:05
756
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Fars körfəzi ölkələrinin Hörmüz boğazından keçidi bloklana bilməz.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, Antalya Diplomatiya Forumunun açılışında bildirib.
"Hörmüz boğazı ilə bağlı mövqeyimiz çox aydındır. Onun bir tərəfi İrana, digər tərəfi isə Omana məxsusdur. Lakin Fars körfəzi ölkələrinin açıq dənizə çıxış hüququ məhdudlaşdırılmamalıdır. Əsas məsələ müəyyən edilmiş qaydalar əsasında gəmiçilik azadlığını təmin etmək və boğazı ticarət gəmiləri üçün açıq saxlamaqdır", — deyə o bildirib.
O əlavə edib ki, mövcud vəziyyətdə "müharibənin enerji resurslarının qonşu regionlardan beynəlxalq bazarlara çatdırılması üçün alternativ marşrutların axtarışını sürətləndirdiyi görünür". Ərdoğanın sözlərinə görə, Türkiyə beynəlxalq logistika məsələlərində "qonşuları ilə əməkdaşlığa açıqdır".
Məryəm Quliyeva