25 Aprel 11:17
24 Aprel 19:56
"Zelenskinin təklifi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir"-Qüdrət Həsənquliyev
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxsin kimliyi məlum olub
Tramp: ABŞ administrasiyasından heç kim atışma zamanı xəsarət almayıb
08:57
798
ABŞ prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışmanı törətməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.
Bu barədə "New York Post" qəzetinin jurnalisti Kerol Markoviç öz “Facebook” səhifəsində məlumat verib.
"Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açmağa cəhd edən şəxs Kaliforniyanın Torrens şəhərindən olan 31 yaşlı Kol Tomas Allendir və hazırda saxlanılıb", - o yazıb.
"Axios" şübhəlinin ov tüfəngi ilə silahlandığını və təhlükəsizlik baryerindən keçmək istədiyini yazıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp öz "Truth" hesabında həmin şəxsin fotosunu yayıb.