Azərbaycan XİN Nyu-York merinin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatını rədd edir
İntensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
“Azərbaycan–Ukrayna münasibətlərində humanitar istiqamət son illərdə xüsusi çəkisi ilə seçilir”
Zelenski Ukraynaya yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib
13:57
721
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.
Aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək və geniş tərkibdə görüşü olub.
Söhbət zamanı dövlətimizin başçısının Volodimir Zelenski ilə əvvəlki görüşləri məmnunluqla xatırlanıb, Ukrayna Prezidentinin ölkəmizə bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirilib.
Əməkdaşlığın bir çox istiqamətdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, kənd təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub, Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunulub.
Ölkəmizin Ukraynaya humanitar dəstəyini, eyni zamanda, Azərbaycan dövləti tərəfindən ukraynalı uşaqlara olan diqqət və qayğını yüksək qiymətləndirən qonaq bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Tezliklə bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə, həmçinin Azərbaycanın mədəniyyəti və incəsənəti ilə tanış olması üçün ölkəmizə səfərinin nəzərdə tutulduğu vurğulanıb.
***
12:35
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.
Aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşü olub.
***
11:35
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.
Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşü keçirilir.









