Hörmüz boğazı üçün böyük koalisiya: Aİ liderliyə hazırlaşır Dünya

Hörmüz boğazı üçün böyük koalisiya: Aİ liderliyə hazırlaşır

Avropa İttifaqı Hörmüz boğazında gəmilərin hərəkət azadlığını təmin etmək üçün 50 ölkədən ibarət koalisiyaya rəhbərlik etməyə hazırdır, lakin bu, yalnız orada sülh bərqərar olduqdan sonra mümkündür.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta Kiprdə keçirilən Aİ-nin qeyri-rəsmi sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

"Fransa və Böyük Britaniyanın rəhbərliyi altında 50-yə yaxın dövlətdən ibarət koalisiya formalaşdırılır ki, təhlükəsizlik şəraiti imkan verən kimi gəmiçilik azadlığının bərpası üçün səylər göstərilsin", - deyə Koşta qeyd edib.

Məryəm Quliyeva